“Azərişıq” əməkdaşı elektrik vurmasından vəfat edib - FOTO

Bakıda bədbəxt hadisə nəticəsində elektrik ölüb.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat-1 qəsəbəsində baş verib. “Azərişıq” ASC-nin Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşı iş başında cərəyan vurması nəticəsində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Şəxsin kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.