Mingəçevirdə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb - YENİLƏNİB


Mingəçevirdə həyat yoldaşı tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 37 yaşlı Fərqanə İsayeva həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, xəstəxanada keçinib.

Faktla bağlı hazırda istintaq araşdırmaları aparılır.

***

Saat 21:30

Mingəçevirdə 37 yaşlı qadın bıçaqlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib.

1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. İki uşaq anası olan qadın xəstəxanaya yerləşdirilib. Məlumata görə, qadına beş bıçaq zərbəsi vurulub.

Faktla bağlı araşdırma başlanılıb.