Kəmaləddin Heydərov düşdüyü qəzadan danışdı


Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov dünən baş verən qəzadan danışıb.

Unikal.org-a açıqlama verən nazir hər şeyin qaydasında olduğunu bildirib:

“Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz.

Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı, deyərdim. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.