Yol qəzasında ata öldü, 15 yaşlı oğlu yaralandı 

Tovuzda qəzada ölən və xəsarət alanların kimliyi müəyyənləşib.
APA-nın yerli bürosu xəbər verir ki, ölən şəxs minik avtomobilinin sürücünü, 1974-cü il təvəllüdlü Həsənov Haqverdi Qurban oğludur. Xəsarət alan isə onun övladı, 2005-ci il təvəllüdlü Həsənov Murad Haqverdi oğludur.

***
18.38
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Məşədilər kəndində “VAZ-21011” markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.