Borca görə özünü bıçaqladı

Salyan rayonunun Qaraqaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Quliyev Rafair Ramazan oğlu qoluna və sinəsinə bıçaqla xəsarətlər yetirib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, o, yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Qeyd edilir ki, onun özünə xəsarət yetirməsinə səbəb borcunun olmasıdır.
Faktla bağlı araşdırma aparılır.