Azərbaycanda hamilə qadın koronavirusdan (COVID-19) vəfat edib.
Oxu.Az-ın məlumatına görə, körpənin həyatı xilas edilib, amma vəziyyəti hazırda ilk günlərdəki kimi çox ağırdır.
Azərbaycan Tibb Universitetinin mətbuat xidməti məlumatı Oxu.Az-a təsdiq edib.
Bildirilib ki, ananın vəziyyəti ilə bağlı körpə oksigen azlığı keçirib:
“Bu səbəbdən baş beyində ciddi zədələnmələr var. Aparılan müayinə zamanı beyində qanama, işemik zədələnmə aşkarlanıb. Körpə doğulan zamandan ağciyərlərin süni tənəffüsü cihazına bağlıdır. Hələlik cihazdan ayırmaq mümkün deyil”.
Qeyd edilib ki, vaxtından erkən doğulmanın əlamətləri uşağın vəziyyətini daha da ağırlaşdırır:
“Uşaqdan götürülmüş COVID-19 RP-PCR testi neqativdir. Sonrakı vəziyyəti ilə bağlı proqnoz vermək mümkün deyil. Biz körpəni hər an itirə bilərik”.