Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Report-un xəbərinə görə, hadisə mayın 14-də Binəqədi rayonu DSK yolunda yerləşən “AL Market”də qeydə alınıb.
Belə ki, naməlum şəxs satıcının fikrini yayındırmaqla 138 manatlıq tütün məmulatları oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Vüqar Kərimov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.