Bakıda zəncirvari qəza: Ölən var

Dünən saat 23.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Cavid Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı, Mərdəkan qəsəbə sakini N.Hacıyevin idarə etdiyi “Mercedes” və Qaraçuxur qəsəbə sakini P.Həsənovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nəticədə, “VAZ-2106”-nın sürücüsü hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.