Türkiyənin İzmir şəhərində yenidən zəlzələ olub.
"Sherg.az" məlumat verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. Məlumatda qeyd edilib ki, yerli vaxtla saat 09:49-da Quşadası körfəzində 4.8 bal gücündə zəlzələ baş verib və ən çox İzmir şəhərində hiss edilib.