Yevlax sakini motosikleti aşıraraq xəsarət alıb


Yevlaxda yol qəzası zamanı motosiklet idarəetmədən çıxaraq aşıb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə magistral yolun Səmədabad kəndi istiqamətindən keçən hissəsində baş verib. 

Sürücü, 1969-cu il təvəllüdlü rayon sakini Elçin Məmmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 


Faktla bağlı araşdırma aparılır.