Bakıda qadın intihar edib.
Sherg.az APA-ya istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atıb.
Qadın hadisə yerində həyatını itirib.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.