Xırdalanda evdə partlayış:: iki nəfər dağıntı altından çıxarılıb - VİDEO

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.
APA-nın xəbərinə görə, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə baş verib.
Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
FHN-dən APA-ya bildirib ki, iki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri uşaqdır. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. 
Axtarış-xilasetmə işləri davam edir.
Hadisənin səbəbləri dəqiqləşdirilir.