Bakıda gənc oğlan özünü 10-cu mərtəbədən atıb

Bakı şəhərində intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu "Həzi Aslanov" metrostansiyasının yaxınlığındakı çoxmərtəbəli binada baş verib. Təxminən 20-25 yaşlı oğlan özünü 10-cu mərtəbədən ataraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırma aparılır.