Tunelə 2 nəfər girdilər, çıxanda 3 oldular - Fotolar

Türkiyədə Avropa ilə Asiya qitəsinin birləşdirən Avrasiya Tunelində maraqlı hadisə baş verib.
Axşam.az xəbər verir ki, dənizin 106 metr dərinliyində tikilən tuneldə Seda Giray adlı müəllim avtomobildə doğuş edib.

Əri ilə doğuş üçün xəstəxanaya gedən müəllim "Avrasiya tunelinə girəndə hamilə idim, çıxanda oğlumuz qucağımda idi. Düşünürəm ki, Avrasiya Tunelində dünyaya gələn ilk uşaq mənim oğlumdur" söyləyib.

Qeyd edək ki, körpənin səhhəti yaxşıdır.