Göyçayda dəhşət! - ...Şagird vəfat etdi - FOTO


Göyçay rayonunda bayram günü papaq atmağa gedən yeniyetmənin üstünə itlər hücum edib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu hadisə zamanı qorxaraq stress keçirib.

Kənd məktəbinin 10-cu sinfində təhsil alan A.Ömərov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.