Yasamalda  yük avtomobilində yanğın olub

Bakıda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Sherg.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda "MAN" markalı yük avtomobilinin kabinə hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.