"Jurnalistlərin binası"ndan azyaşlı yıxılaraq ölüb

Bakıda azyaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) baş verib.

Belə ki, 4 yaşlı uşaq evin pəncərəsindən yıxılaraq ölüb.

Məlumata görə, uşaq pəncərədəki tora söykənib. Bu zaman tor cırılıb və azyaşlı yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.