MİQ-29 qırıcısı qəzaya uğrayıb

Şabla-21 təlimləri çərçivəsində təlim tapşırığını yerinə yetirən Bolqarıstan Hava Qüvvələrinin MİQ-29 qırıcısı Qara dənizdə qəzaya uğrayıb. Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir.  Məlumatı Respublikanın Müdafiə Nazirliyi yayıb.  Hadisə ilə əlaqədər təlimlər dayandırılıb.