Astarada avtomobil motosikletlə toqquşdu: Xəsarət alan var

Astarada avtomobil motosikletlə toqquşub.
“Report”un xəbərinə görə, hadisə nəticəsində motosikletin sürücüsü, Astara rayonu Giləkəran kənd sakini, 1994-cü il təvəllüdlü Bağır Hüseynəli oğlu Bağırzadə xəsarət alıb. O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.