Binəqədidə yol qəzasında 1 nəfər ağır xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Novxanıda iki avtomobilin toqquşması zamanı 44 yaşlı Abdullayev Qaməddin İbadulla oğlu ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralı əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.