Paytaxtda iki avtomobilin toqquşması xəsarətlə nəticələnib


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qarabağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1978-ci il təvəllüdlü Dadaşova Dilarə Elxan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.