Şəmkirdə qayınata gəlinini güllələyib


Avqustun 8-də saat 02 radələrində Şəmkir rayonu ərazisində 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızının odlu silahdan atəş açılması nəticəsində xəsarətlər alması barədə məlumat daxil olub.
Şəmkir rayon prokurorluğundan APA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, avqustun 07-də, saat 23 radələrində Şəmkir rayonu, Yeni-Həyat kənd sakini, 1959-cu il təvəllüdlü Sahib Həsənov yaşadıqları evdə şəxsi münasibətlər zəminində oğlunun arvadı - gəlini Səma Qasımovaya ov tüfəngi ilə iki dəfə atəş açmaqla onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.