Gəncədə sərxoş vəziyyətə olan oğul anasını öldürüb - VİDEO - YENİLƏNİB

Gəncədə oğlu anasını xəsarət yetirərək öldürüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya taxta parçası ilə həyat üçün təhlükəli olan çoxsaylı xəsarət yetiririb. Qadın avqustun 7 də yaşadığı evdə dünayasını dəyişib. Hadisəni törədən R. Rüstəmov saxlanılıb.

Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, aradırma aparılır.