Rus hərbçisi Gümrü-İrəvan yolunda həlak olub: tədqiqat başlayıb

Gümrü-İrəvan magistral yolunda baş verən qəza nəticəsində Ermənistandakı Rusiya bazasının bir hərbçisi ölüb.
Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilir ki, maşındakı daha dörd nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. 
Hərbi hissə komandanlığı hüquq- mühafizə orqanları ilə birlikdə tədqiqata başlayıb. İlkin versiyaya görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.