Türkiyəli ekspert:“Yanğınların fərqli yerlərdə baş verməsi...”

“...Təxribat ehtimalını da gündəmə gətirir”

“May-dekabr ayları Türkiyə üçün yanğın sezonu hesab olunur. İl ərzində təxminən 2350 yanğın 10 min hektar ərazini əhatə edir”.
Bu sözləri qardaş ölkədəki yanğınlar barədə “Sherg.az”a danışan türkiyəli byenəlxalq münasibətlər üzrə ekspert Timuçin Kodaman dedi. O, həmçinin provokasiya ehtimalını istisna etmədiyini bildirdi: “Son 10-15 gündə yüzdən çox yanğın olub. Küləkli hava şəraiti yanğınları bir az da şiddətləndirir. Hava temperaturunun 40 dərəcədən çox olması da yanğınlara rəvac verir. Amma hadisələrin fərqli yerlərdə baş verməsi təxribat ehtimalını da gündəmə gətirir.  Düzdür, bu, hələlik sadəcə ehtimaldır və ortada konkret faktlar yoxdur. Ümid edək ki, yanğınlar təbii səbəbdən meydana çıxıb”.