Şəkidə güclü YANĞIN - FOTO

Şəkidə kol-kosdan başlayan yanğın əvvəlcə yol kənarındakı ağaclara, oradan da fərdi təsərrüfatlara keçib.
“Report”un məlumatına görə, yanğın rayonun Aşağı Küngüt kəndi ərazisində başlayıb.
Sakinlər bildiriblər ki, yanğın kol-koslardan başlayıb: “Daha sonra alovlar bir neçə istiqamətdə genişlənərək yolun kənarındakı ağaclara, oradan da yaxınlıqdakı fərdi təsərrüfatlara keçib”.
Yanğının söndürülməsi üçün əvvəlcə kənd sakinləri səfərbər olub. Havanın küləkli olması yanğınların bir neçə istiqamətdə genişlənməsinə və daha böyük əraziləri əhatə etməsinə səbəb olub. Hazırda ərazidə yanğın davam edir.
Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.