Ceyranbatan su anbarında baş verən yanğın söndürülüb - YENİLƏNİB 

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Ceyranbatan gölünün yaxınlığında baş verən yanğın qısa müddət ərzində söndürülüb.

18:10

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən su anbarında yanğın başlayıb.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Hazırda Ceyranbatan su anbarının ətrafındakı ağaclıq və kol-kos ərazi yanır.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Məlumatı FHN-dən "Report"a təsdiqləyiblər.