Ana 3 yaşlı qızını döyərək öldürdü - Dəhşətli səbəb


Ana sevgilisi ilə cinsi əlaqəyə girməsinə mane olduğu üçün 3 yaşlı qızını öldürüb.

"Sherg.az" azxeber.com-a istinadən xəbər verir ki, dəhşətli hadisə İngiltərədə baş verib.

Ötən il avqustun 8-də Callum Redfern sevgilisi Nicolanın evinə gedib. Cütlük cinsi əlaqədə olmaq üçün yataq otağına gediblər. Nicola qızını yatırmaq istəyib, amma qız yatmayıb və oynamaq istəyib. Bu zaman Nicola və sevgilisi kiçik qızı döyüblər.

Onlar təcili yardım çağırmaq əvəzinə cinsi əlaqəyə davam ediblər. Qız öldükdən sonra anası təcili yardıma zəng edərək qızının öldüyünü bildirib.

Hadisə ilə bağlı polis araşdırma aparıb və ananın qızını əvvələr də döyməsi ilə bağlı xeyli faktlar ortaya çıxıb.

Məhkəmə anaya 15 il həbs cəzası verib. Onun 22 yaşlı sevgilisi Callum Redfern də cinayətə kömək etdiyi üçün 14 il həbs cəzasına məhkum edilib.