Taliban Heratı tamamilə ələ keçirib

Taliban hərəkatının nümayəndəsi Qari Yusuf Əhmədi Əfqanıstanın ən böyük əyalətlərindən biri olan Heratı tamamilə ələ keçirdikləri barədə məlumat verib. “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu haqda özünün “Twitter” hesabında yazıb. Həmçinin polis qərargahı da daxil olmaqla bütün binaların onların nəzarəti altına keçdiyi, hökumətin müqaviməti dayandırdığı vurğulanıb. 
Məlumata görə, Taliban Heratdakı bütün məhbusları azad edib.