Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunda, rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. Üç "Hyundai" markalı minik maşınının toqquşması nəticəsində avtomobillərdən biri, Bakı sakini 44 yaşlı Qədirov Ceyhun Şakay oğlunun idarə etdiyi avtomobil tamamilə yanıb, sürücü xəsarət alıb. Digər avtomobildə olan bir ailənin beş üzvü - sürücü, Həsənov Asim Asif oğlu və onun ailə üzvləri - Həsənli Nuranə Rüstəm qızı, Həsənli Günel Asif qızı, 6 yaşlı Həsənli Səid Asim oğlu və 3 yaşlı Həsənli Asif Asim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

18.12

Kürdəmir rayonunun Atakişili kəndində “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində bir minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.