Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 31-ə çatıb

Türkiyədə sel fəlakəti nəticəsində daha 4 nəfər ölüb.

"Report"un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bununla da ölənlərin sayı 31-ə çatıb.

Belə ki, Kastamonuda 29 nəfər, Sinopda isə 2 nəfər həlak olub. Bartında isə bir nəfərin itkin düşdüyü deyilir.