Biləsuvarda ana uşağını su kanalına atıb

Biləsuvarda körpə anasının onu su kanalına atması nəticəsində boğularaq ölüb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonun İsmətli kəndində 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Poladı su kanalına atıb. Körpə suda boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.