Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğrayıb

Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən "Be-200" təyyarəsi qəzaya uğrayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerinə xilasetmə qrupu cəlb edilib. Təyyarə qəzasının səbəbi və pilotun aqibəti hələlik məlum deyil. Təyyarədə 7 nəfərin olduğu deyilir.

Xatırladaq ki, sözügedən təyyarəni Türkiyə Rusiyadan icarəyə götürüb.