Türkiyədə sel qurbanlarının sayı 51-ə çatıb - YENİLƏNİB

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 51 nəfərə çatıb.

APA-nın Türkiyə mətbatına istinadən verdiyi məlumata görə, Kastamonu vilayətində 43, Sinopda 7, Bartında 1 nəfər sel fəlakətinin qurbanı olub.

***

14:38

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 44 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Bildirilib ki, Kastamonu vilayətində 36, Sinopda 7, Bartında bir nəfər sel fəlakətinin qurbanı olub.

***

11:48

Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində azı 40 nəfər ölüb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

"Sel Kastamonuda 34, Sinopda 6 nəfərin ölümünə səbəb olub. 9 nəfərə xəstəxanalarda tibbi yardım göstərilir. İtkin düşən şəxsin axtarışları Bartında davam edir", - məlumatda bildirilir.

Bundan əvvəl ölkənin şimalında 31 nəfərin təbii fəlakət qurbanı olduğunu bildirdi.