Kəlbəcərdə minik maşını yoldan çıxaraq aşıb, üç nəfər xəsarət alıb

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə rayonun ərazisində hərəkətə olan “NİVA” markalı minik avtomobili idarəetməni itirib.

Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan üç nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.