Türkiyədə sel qurbanlarının sayı 58 nəfərə çatıb, 77 nəfər itkin düşüb - YENİLƏNİB


Türkiyədə sel fəlakətindən ölənlərin sayı 58 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, fəlakət bölgəsində Kastamonuda 48, Sinopta 9, Bartında isə bir nəfər həyatını itirib.

Sel qurbanlarının 15-nin kimliyi hələ bilinmir.

Nazir fəlakət nəticəsində Kastamonuda 62, Sinopda 15 olmaqla, ümumilikdə 77 nəfərin itkin düşdüyünü qeyd edib.

***

03:10

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 57 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Bildirilib ki, sel fəlakətindən Kastamonu vilayətində 48, Sinopda 8, Bartında bir nəfər sel fəlakətinin qurbanı olub.