Qubada avtomobil dərəyə aşıb, xəsarət alan var


Qubada avtomobilin dərəyə aşması nəticəsində bir nəfər xəsarət alıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xınalıq yolunda qeydə alınıb.

Hadisə yerinə Quba Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası cəlb olunub, yaralı həkim briqadasının müşayiəti ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.