Oğuzda ata və oğul ağır qəzaya düşüb, oğul dünyasını dəyişib

Oğuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 12:30-da Qaraməryəm – İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində olub.

Hərəkətdə olan minik avtomobili ilə qoşqulu motosiklet toqquşub. Qəza zamanı motosikletdə olan bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha bir nəfər isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, motosikletdə olanlar Oğuz rayon sakinləridir. Onlar ata və oğuldur. Qəza zamanı həyatını itirən oğuldur.

Faktla bağlı araşdırma aparılır.