Marneuli səmasında naməlum obyekt lentə alındı (VİDEO)

Gürcüstanın Marneuli rayonunda  havada hərəkət edən naməlum obyekt görünüb.

24News.ge xəbər verir ki, hadisəni vətəndaşlar gördüyü an telefonla lentə alıblar.

Naməlum obyekt təxminən beş dəqiqə müddətində yerdən 800-900 metr hündürlükdə hərəkət edib və adi gözlə aydın müşahidə edilib.

Bəzi sakinlər tərəfindən telefonla qeydə alınan cisim bir müddət səmada dayandıqdan sonra anidən gözdən itib.