Dənizdə batan 12 nəfər xilas edilib


Bu gün Xəzər dənizi çimərliklərində batmaq təhlükəsi ilə üzləşən bir neçə nəfər xilas edilib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum”, “Şüvəlan”, və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində və 9 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 14 nəfər xilas olunub.