Özbəkistan Əfqanıstanın hərbi təyyarəsini vurub-YENİLƏNİB

Özbəkistan Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin hava sərhədlərini pozan Əfqanıstan təyyarəsini vurub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyindən bildirilib.

Surxandərya vilayətinin Şerabad rayonu ərazisində Əfqanıstana məxsus hərbi təyyarənin Özbəkistanın hava sərhədlərini pozduğu zaman Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.

13:42
Əfqanıstan hərbi təyyarəsinin Özbəkistanda qəzaya uğraması nəticəsində göyərtədə olan 2 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Gazeta.uz" məlumat verib.

Bildirilib ki, onlar Tirmiz şəhərindəki xəstəxanaya yerləşdirilib.

Yaralıların paraşütlə eniş etdiyi ehtimal olunur.

13:33
Əfqanıstan Silahlı Qüvvələrinə məxsus təyyarə Özbəkistan ərazisində qəzaya uğrayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Surxandərya vilayətində qeydə alınıb.

Özbəkistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.