Ova cəhd edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

"Report" xəbər evrir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayonu, Köçəkli kənd sakini Cəmil Mehrəliyev olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.