Rusiyada hərbi təyyarə qəzaya uğrayıb-Yenilənib

Moskva vilayətində təlim zamanı qəzaya uğrayan "İL-112V" hərbi-təlim təyyarəsinin ekipaj komandiri Rusiya Qəhrəmanı olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, əməkdar pilot, Rusiya Qəhrəmanı Nikolay Kuimov "İL-112V" təyyarəsinin ekipaj komandiri olub.

Məlumatda həmçinin göyərtədəki bütün ekipaj üzvlərinin ödükləri qeyd olunub.

***
13:07

Rusiyanın Moskva vilayətində "İL-112V" markalı hərbi-nəqliyyat təyyarəsi təlim zamanı qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Rostex" dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı göyərtədə 3 nəfər olub.

"Onların taleyi dəqiqləşdirilir", - məlumatda qeyd olunub.

Qəzanın səbəbləri araşdırılır.