Bu ilin birinci yarısında Azərbaycanda 37 min adam ölüb

Bu ilin birinci yarısında Azərbaycanda qeydə alınan ölüm halının sayı açıqlanıb.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin birinci yarısında ölkədə 37047 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,5 təşkil edib.