Lənkəranda mikroavtobus yanıb

Lənkəran şəhərində “QAZel” markalı mikroavtobusun salonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.