Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub

"Lənkəran" sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Bu barədə "Report" Fövqəladə Hallar Naziriiyinə (FHN) istinadən xəbər verir.

Əməliyyat FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.