29 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Babək prospektində iki avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü Kaxidze Baba Nüsrəddin oğlu ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı, qarın boşluğunun və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.