Reketçilərə qarşı mübarizə güclənməlidir

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İqbal Muğumov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı özünü bloger, jurnalist kimi təqdim edən İ.Muğumovun Ramiz Əmirov adlı şəxsin problemini həll edəcəyi vədi ilə onu aldadıb, 600 manat pulunu ələ keçirdiyi məlum olub.

Media hüquqşünası Ələsgər Məmmədli belə hallarla mübarizə barədə “Sherg.az”a danışdı: 

"Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluqla bağlıdır. Orada göstərilir ki, külli miqdarda pul mənimsənildiyi halda, cinayətkara 12 ilədək həbs cəzası verilir. Yəni qanunverciliyin tələbləri yerindədir. Sadəcə belə halların meydana çıxmasına səbəb insanların korrupsiyanın problemlərin həlli yolu olmasını hesab etməsidir. Yəni korrupsiyaya qaşrı mübarizə gücləndikcə belə problemlər də avtomatik həllini tapacaq”.