Bakı - Qazax avtomobil yolunda ağır qəza, xəsarət alanlar var

Bakı - Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası olub.

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb.

Onlar təcili tibbi yardım maşını ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Hadisənin təfərrüatı və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.