Pakistanda Aşura mərasimində partlayış olub

Pakistanda partlayış olub.

APA-nın "Dawn" nəşrinə istinadən verdiyi xəbərə görə, partlayış Pakistanın Pəncab vilayətinin şərqində, Bahavalnaqar rayonunda baş verib.

Partlayış nəticəsində 3 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Partlayış Aşura mərasimi keçirilən ərazidə baş verib.